MƏQALƏM

                                                       Hərbi   vətənpərvərlik                                                                      tərbiyəsi vətəndaş 
yetişdirməyin əsası  kimi.
    Vətənpərvərlik geniş anlayışdır.Vətənpərvərlik ən yaxşı ənənələri özündə əks etdirməklə ,keçmiş tarixi irsə məhəbbət  oyadır.Keçmiş irsi öyrənmək ona görə vacibdir ki,gələcəyin qədrini bilək.
       Vətənpərvərlik hissi hər kəsi vətən yolunda misilsiz qəhrəmanlığa, fədakarlığa ruhlandırır,insanda yüksək vətəndaşlıq, namus və qeyrət, səbir və dözüm, çətin anda sədaqət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissi aşılayır. Vətənpərvərlik vətənə, doğma torpağa, xalqa, onun dilinə, dininə, adət-ənənələrinə, mədəniyyətinə məhəbbət deməkdir.
         Ümummilli  liderimiz , Ulu öndərimiz Heydər Əliyev öz çıxışlarının birində gələcəyimizin qurucuları olan gənclərimizi cəmiyyətin inkişafının əsasında duran başlıca qüvvə hesab edərək belə demişdir: ”Hər bir gənc müstəqil  Azərbaycanın gələcəyini  təmin etmək üçün vətənini sevməli, xalqımızı sevməli, dilimizi və milli ənənələrimizi sevməlidir” .

         Vətənpərvərlik tərbiyəsi milli köklərimizə bağlı olmaq, kökünə sadiqlik kimi müətərəqqi xüsusiyyətləri də özündə cəmləşdirir. Ümummilli liderimizin bu haqqda gənclərimizə ünvanlanmış olduğu kəlamları yada salaq: “...Hər bir gənc öz milli kökünə , mənəvi kökünə  sadiq olmalıdır.  Bizim kökümüz çox sağlam kökdür, biz onunla fəxr edirik. Hər bir gəncin həyatda yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir. ” Hərbi  vətənpərvərlik  hissinin ən mühüm amillərindən biri qədim tarixə malik doğma ana  dilimizi  sevmək, onun incəliklərinə bələd olmaq və gələcək nəsillərə ötürməkdən ibarət olmalıdır.

Комментариев нет:

Отправить комментарий